XƏBƏRLƏR / Qayıdış

Cəbrayılın Şükürbəyli kəndində 93 ev 14.6 milyona tikiləcək

Bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 156 min manat təşkil edir

Cəbrayılın Şükürbəyli kəndində 93 ev 14.6 milyona tikiləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisinə əlavə 14,6 milyon manat vəsait xərclənəcək.

    Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı tender keçirib. Tenderin qalibi "Tunel-Metro İnşaat” MMC seçilib.

        Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 93 fərdi yaşayış evinin tikintisi üzrə şirkətlə 14 milyon 562 min 668 manat dəyərində müqavilə imzalanıb. Başqa sözlə, bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 156 min manat təşkil edir.

        Qeyd edək ki, tenderin qalibi seçilən "Tunel-Metro İnşaat” MMC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Seyfullayev Şövqi Xalid oğludur.

        Xatırladaq ki, Fond bu ilin sentyabr ayında Şükürbəyli kəndində 48 evin tikintisi üzrə “AĞA-EE İNŞAAT” MMC ilə 7,7 milyon manat dəyərində müqavilə imzalayıb. Bir evin orta hesabla tikinti xərci 159,6 min manat təşkil edib.