XƏBƏRLƏR / Elm və Texnologiya

Azərbaycanda iki yeni data mərkəzi tikilir

Məlumat “AzInTelecom”dan verilib

Azərbaycanda iki yeni data mərkəzi tikilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda bu ildən etibarən iki yeni data mərkəzinin tikintisi işlərinə başlanılıb.

    Bunu “AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev Bakıda keçirilən fintex forumunda ("Baku Fintech Forum 2025") bildirib.

    O vurğulayıb ki, 2027-ci ilə kimi tikinti proseslərinin yekunlaşdırılması planlaşdırılır: "Bunlar təkcə Azərbaycanda deyil, regionda ən böyük data mərkəzləri olacaqlar. Onlardan biri Hacıqabul, digəri isə Abşeron rayonu ərazisində yerləşəcək".