Tibb üzrə “Nobel” mükafatı laureatları məlum olub
Bu barədə Nobel mükafatının rəsmi saytında məlumat verilib

Fiziologiya və tibb üzrə “Nobel” mükafatı laureatları məlum olub.
“Nobelprize.org” xəbər verir ki, Meri E. Brunkou, Fred Ramsdell və Şimon Sakaquçi sözügedən sahə üzrə 2025-ci ilin laureatları elan edilib.
Onlar bu mükafata periferik immun tolerantlığı ilə bağlı kəşflərinə görə layiq görülüblər.