Azərbaycanda kosmik sektor inkişaf etməkdə davam edir
Bunu İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində deyib
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkə 10 ildən artıqdır ki, beynəlxalq kosmik klubun üzvüdür.
“Bu gün bizim iki telekommunikasiya peykimiz və Yerin səthini müşahidə etmək üçün bir peykimiz var”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Əliyev əlavə edib ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycan Respublikasında kosmik sənayenin və qabaqcıl texnologiyaların inkişafına töhfə verəcək.
Azərbaycanın kosmosa buraxdığı peyklərin xidmətindən 45-dən çox ölkə istifadə edir - İlham Əliyev vurğulayıb.
Modernləşmənin Azərbaycanın baxışını, gündəliyini və gələcəyə dair planlarını əks etdirdiyini vurğulayan Azərbaycan lideri deyib:
"Müstəqillik dövründə ölkə beynəlxalq birliyin fəal üzvünə çevrilib. Bizim siyasətimiz həmişə aydın, şəffaf və birmənalı olub, dostlar qazanmağa, əməkdaşlığı gücləndirməyə xidmət edib".