Britaniya super silahın tətbiqini sürətləndirir FOTO
"Əjdaha alovu" adında yönləndirilmiş enerjili lazer sistemi haqda "UK Defence Journal" nəşri yazır

Böyük Britaniya ən müasir "DragonFire" (Əjdaha alovu) yönləndirilmiş enerjili lazer sisteminin tətbiqini sürətləndirəcək.
"UK Defence Journal" nəşri yazır ki, sistem Kral Hərbi Dəniz Qüvvələrində 2027-ci ildə - vaxtından 5 il əvvəl istifadəyə veriləcək. O vaxta qədər ilk 4 esmines artıq bu super silahla təchiz olunacaq.
DragonFire, pilotsuz təyyarələr və raketlər kimi hava təhdidlərinin yüksək dəqiqliklə, ucuz qiymətə məhv edilməsini təmin etmək üçün nəzərdə tutulmuşdur və çoxlu, aşağı qiymətli “atışlar” yaratmağa qadir olduğu üçün sursatların doldurulmasını tələb etmir.
Qüllədə quraşdırılmış sistem hədəfləri tutmaq və dəqiq izləmək üçün elektro-optik kamera və köməkçi lazerlə təchiz olunub və onun dəqiqliyi bir kilometr məsafədən sikkənin vurulması ilə müqayisə oluna bilər.