XƏBƏRLƏR / Elm və Texnologiya

Çin Aya eniş modulunu uğurla sınaqdan keçirib

"Lanyue" eniş aparatı Çinin Aya ilk insanlı missiyası üçün hazırlanıb

Çin Aya eniş modulunu uğurla sınaqdan keçirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çin İnsanlı Kosmik Proqram Idarəsi bildirib ki, Çin Aya insanlı missiya üçün eniş aparatını uğurla sınaqdan keçirib.

    İdarədən verilən məlumata görə, "Lanyue" eniş aparatı Çinin Aya ilk insanlı missiyası üçün hazırlanıb və eyni vaxtda iki nəfəri, eləcə də avadanlığı və nəqliyyat vasitəsini Ay orbitindən Aya və geriyə çatdırmaq üçün nəzərdə tutulub.

    İnsan Aya endikdən sonra modul həyat dəstəyi, enerji təchizatı və məlumatların emalı mərkəzi kimi xidmət edəcəkdir.