Çin kosmos yarışının tempini sürətləndirir
Özəl "iSpace" şirkəti raketlərin təkrar istifadəsi istiqamətində böyük addım atıb

Çinin özəl "iSpace" şirkəti raketlərin təkrar istifadəsi istiqamətində böyük addım atıb: avqustun 5-də eniş gücləndiriciləri üçün ilk avtonom dəniz platforması - "SpaceX" pilotsuz gəmilərinin analoqu buraxılıb.
Bu, Çində kosmosda kommersiya tədqiqatlarının inkişafında mühüm mərhələdir.
Çin orbitə 8,5 tona qədər qaldıra bilən təkrar istifadə oluna bilən “Gyperbola-3” daşıyıcı raketinin birinci mərhələsini dəniz platformasına qaytarmağı planlaşdırır.
Yeni dron gəmisi "iSpace"ə sənayenin aparıcı şirkətləri kimi dəqiq və təkrar-təkrar suya enməyə imkan verəcək.
Çin ciddi şəkildə buraxılış xərclərini azaltmağa və ticarət məkanında mövqeyini gücləndirməyə diqqət yetirir.