“Starlink” Azərbaycanda fəaliyyətə başlayıb YENİLƏNİB
Bu barədə peyk şəbəkəsi “X” sosial media hesabında paylaşım edib

14:20
Amerikalı milyarder, "Space X"in sahibi İlon Mask Azərbaycanla bağlı paylaşım edib.
O, "Starlink"in internet xidmətinin Azərbaycanda aktivləşdiyini bildirib.
"Starlink indi Azərbaycanda" - deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, "SpaceX" şirkətinə məxsus "Starlink" peyk interneti artıq Azərbaycan üçün aktiv edilib.
Bildirilib ki, “Starlink”in yüksək sürətli və aşağı gecikməli internet xidməti artıq Azərbaycanda mövcuddur.
***
10:55
Azərbaycanda “Starlink” qlobal peyk rabitə sisteminin xidmətləri rəsmən istifadəyə verilib.
Bu barədə peyk şəbəkəsinin “X” sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, “Starlink”in yüksək sürətli və aşağı gecikməli internet xidməti artıq Azərbaycanda mövcuddur.