Türkiyənin nüfuzlu müdafiə şirkəti Bakıda ofis açdı
Bu barədə Türkiyənin "Defensehere" nəşri yazıb.
Türkiyənin nüfuzli müdafiə sənayesi şirkətlərindən biri olan HAVELSAN Bakıda ofis açıb.
Bu barədə Türkiyənin "Defensehere" nəşri yazıb.
Açılış mərasimində Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır, Türkiyənin Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koç, Azərbaycan müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və HAVELSAN şirkətinin baş direktoru Mehmet Akif Nacar iştirak ediblər.
Qeyd edək ki, HAVELSAN müdafiə və informasiya texnologiyaları sektorlarında fəaliyyət göstərir. Şirkət əçsasən dəniz döyüş sistemləri, e-hökumət tətbiqləri, kəşfiyyat sistemləri, idarəetmə informasiya sistemləri, simulyasiya və təlim sistemləri, logistik dəstək, daxili təhlükəsizlik sistemləri və digər sahələrdə fəaliyyət göstərir.