Azərbaycanda 2040-cı ilə qədər kəskin su problemi yaranacaq
2017-ci illə müqayisədə Azərbaycanda Böyük və Kiçik Qafqazın buzlaqlarının 18 %-i itirilib
“Azərkosmos” ASC-nin rəhbəri: “Azərbaycan 2040-cı ilə qədər qlobal quraqlığa məruz qalacaq ölkələr sırasında yüksək risk altındadır”
Azərbaycan 2040-cı ilə qədər qlobal quraqlıq riski ilə üzləşəcək ölkələr sırasındadır.
Bunu “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov “İqlim dəyişikliyinə kosmosdan baxış” elektron platformasının təqdimatı zamanı deyib.
S.Əsədov məlumat verib ki, 2017-ci illə müqayisədə Azərbaycanda Böyük və Kiçik Qafqazın buzlaqlarının 18 faizi itirilib.
O əlavə edib ki, 1993-cü ildən başlayaraq Xəzər dənizinin səviyyəsi 2 metrə enib ki, bunun da 1,5 metri son beş ildə baş verib.
Qızılağac Dövlət Qoruğuna toxunan S.Əsədovun sözlərinə görə, öyrənilən son məlumatlara görə, burada su hövzəsinin 40 faizi itirilib: “Azərbaycan ərazisinin 15 faizi quraqlıq təhlükəsi altındadır. Gəncə-Daşkəsən bölgəsinin quraqlıq təhlükəsi altındadır”.