BLOQ

Azərbaycanda dahi aktyora nəyə görə diş qıcanıb?

Qarabağı bizə geri qaytaran Ali Baş Komandanımıza Babək dediyinə görə?

Azərbaycanda dahi aktyora nəyə görə diş qıcanıb?
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Adətən mülki işlərə qarışmıram, başım çıxmayan mövzuya toxunmuram. Amma hec vaxt düşünməzdim ki, Azərbaycanda kimsə dahi aktyora diş qıcasın və ona qarşı ədalətsizlik etsin.

    Yenə faktlara nəzər salaq.

    Bir hərbçi kimi 29 il mən bunun hesabatını aparmışam.

    Birinci, Kəlbəcəri götürək. Bu rayon o qədər mürəkkəb coğrafi mövqeyə və çətin iqlim relyefinə malikdir ki, biz bu rayonu döyüşərək işğaldan azad etmək istəsəydik, ən azından 60-70 min şəhid verə bilərdik. Mən hələ atılan mərmilərin, vurulan və minaya düşən texnikaları, havadan dəstək olan vurula biləcək vertolyot və döyuş təyyarələrini, atılan patronları və yaralıları, yanacağı, ərzaq təminatını nəzərə almıram. Mən ancaq insan (əsgər və zabit) faktorunu hesablayıram.

    Yadınızda saxlayın, təkcə bir briqadanın bir günlük, yəni səhər saat 9.00-dan qaranlıq düşənə kimi döyüşməsi 2 000 000 ABŞ dolları maliyyə vəsaiti hesabına başa gəlir. Hələ bu minimal rəqəmdir. Müharibədə isə bir briqada yox, ölkədə olan bütün sistem, adi piyadadan tutmuş göydəki peykə kimi hər şey döyüşür.

    İkinci, Ağdam. Ağdamda ən çətin və əsas mövqedə kifayət qədər xidmət etməyimə baxmayaraq, bilməmişik ki, müdafiə xətti 6 eşelondan ibarət olub. Biz elə bilirdik ki, cəmi iki müdafiə xətti var. Yaradılan süni yüksəkliklər, dəfələrlə gördüyünüz və topdağıtmaz dotlardan xəbərimiz olmayıb. Hər növ minaları isə elə bil buğda toxumu kimi yerə səpiblər. Yuxarıdan erməni qıracaqdı, yerdən mina. Ağdamdan Şuşaya qədər minimum 60 000 itki verməli olacaqdıq.

    Üçüncü, Laçın! Laçın rayonu çox böyük rayondur, bir tərəfi Kəlbəcərə, o biri tərəfi Ermənistana bağlıdır. Bu rayon da çox mürəkkəb rayondur. Bunun Sarıbabası var, ucu-bucağı bilinməyən, murəkkəb Qırxqız yaylağı, 3724 yüksəkliyində olan Kirs dağı var. İnsan itkisi minimum 70 000 olacaqdı.

    Yəqin ki, Qubadlının dağlarını və yüksəkliklərini görməmisiniz. Görsəydiniz, ağzınıza gələni yazmazdınız.

    Zəngilan, Xocavənd, Füzuli bir-birindən çətin rayonlardır.

    Şuşa!

    Təkrar edirəm, mən yalnız İnsan resursunu dedim.

    Bəlkə Rasim Balayev düz deməyib? Ali Baş Komandan olaraq 3 000 kişi ilə, öz ağlı, düşüncəsi, siyasəti, minimum itki ilə torpaqları aldı və xalqına qaytardı, indi də hər yeri sıfırdan tikir. Hələ mən ona da fikir vermişəm ki, Ali Baş Komandanımız 2020-ci il müharibəsindən sonra, qalib olmağına baxmayaraq, şəhidlərə matəm saxlayaraq, tünd rəngli (əsasən də qara) qalstuklar taxır. Şəhid əsgərlərinə hörmət əlaməti olaraq...

    Daha nə istəyirsiniz? Yenə soruşuram, bəlkə aktyor düz deməyib? Düz deyib! İlham Əliyev tək Azərbaycanın yox, bütün dunyanın Babəkidir. İndi isə bütün dünya ilə təkbaşına vuruşur. Düzdür, cüzi bir ərazi qalıb, o da yaxın vaxtlarda bizim xeyrimizə həll olunacaq.

    QARABAĞ AZƏRBAYCANDIR!

    ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN. OnlarIn sayəsində bu günü görduk!