Təlimlər İran və Azərbaycanın tarixində dönüş nöqtəsi olacaq
Bunu İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib
İran və Azərbaycanın birgə təlimi “iki ölkə arasında qarşılıqlı etimadın artdığını göstərir və Allahın köməyi ilə İran və Azərbaycanın tarixində və bu həssas regionda sülh və təhlükəsizliyin bərqərar olmasında dönüş nöqtəsi olacaq”. Bunu İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.
Vilayəti Qərbin və NATO-nun “Cənubi Qafqazla bağlı düzgün niyyətlərinin olmadığını” göstərən addımlar atdığını vurğulayıb.
“İranın Zəngəzur dəhlizinin açılmasına qarşı çıxması ondan irəli gəlirdi ki, Qərb Amerikanın NATO simasında Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiya vasitəsilə şərqdən qərbə nəqliyyat yaratmaq istəyib. Bu sui-qəsdin dərinliyini ancaq İran anladı. Qərbdən fərqli olaraq, İran həqiqətən azərbaycanlı qardaşlarının rifahını istəyir.
Bu məsələdə qarşılıqlı anlaşmaya nail olmaq üçün vaxt lazım idi və indi biz ümumi nəticələr əldə etmişik. Bir neçə ay ərzində üç birgə təlim həyata keçirilib. Bu, iki ölkə arasında qarşılıqlı etimadın artmasından xəbər verir”, - deyə İranın Ali Rəhbərinin müşaviri yekunlaşdırıb.