BLOQ

Dünyanın ən yaxşı xalqı

İndi Türkiyədə yaşayan azərbaycanlı araşdırmaçı-jurnalist Cahan Əliyevanın müşahidələrindən

Dünyanın ən yaxşı xalqı
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bakıya gəlməmişdən əvvəl hamı məni hazırlayırdı ki, Bakı o Bakı deyil, insanlar o insanlar deyil, hər şey pisdir, hamı pisdir - qanın qaralacaq. 

    Azərbaycan cəmiyyətini tənqid etmək üçün çoxlu, lap çoxlu səbəblər var. Ancaq nə mutlu mənə ki, vaxtı ilə çox səyahət eləmişəm, cürbəcür insanlar, müxtəlif millətlər, adətlər, cəmiyyətlər görmək qismətim olub. 

    Üç fərqli ölkədə yaşamışam. 

    Ancaq dəqiq bilirəm, əminəm ki, dünyadakı ən yaxşı xalqlardan biri, hərdən fikirləşirəm ki, elə ən yaxşısı yenə də azərbaycanlılardır. 

    Bakıda olduğum günlərdə hər gün ancaq yaxşı nümunələr, yaxşı insanlar görürdüm. Ayağımı hara qoydumsa, kiminlə söhbət etdimsə, insanlıq, qanacaq, hörmət, yaxşılıq gördüm.
     
    Metroya da mindim, şəhər avtobuslarına da. İnsanlar bir-birinə elə qayğıkeş idilər ki. 

    Adi bir misal: qonşunun evinə getmişdim. Bizim məhəllənin qonşuları yer üzünün ən say-seçmələridir. Hamı bir-birinin darvazasını döymədən, qapını açıb içəri rahat keçə bilir. Men de hamı kimi. Həyətə girəndə gördüm ki, qonşumuz, yaşlı kişi oturub həyətində siqaret çəkir. Əyninde mayka, şalvar.
     
    Məni görən kimi tez qaçdı evin içinə. Əyninə köynək geyinib qayıtdı. On dəfə üzr istədi ki, bağışla, səni görmədim. 

    Əslində mən üzr istəməli idim ki, xalxın evinə xəbərdarlıqsız girmişəm. 

    O adamın davranışından heç yerdə görə biməzsiniz...

    O məhəllənin uşaq-muşağı belə təpədən dırnağa qanacaq və mərifət yiyəsidirlər.

    Cahan Əliyeva

    Araşdırmaçı-jurnalist