Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heyşam əl-Qeys OPEC-ə üzv olmaq üçün Azərbaycan da daxil olmaqla 4 ölkə ilə məsləhətləşmələr apardıqlarını açıqlayıb.
Hazırda Azərbaycan, Malayziya, Bruney və Meksika ilə OPEC qrupuna üzv olmaq üçün danışıqlar apardıqlarını bildirən Geys bunun OPEC-ə güc qatacağını bildirib.
"OPEC-ə üzv olmayan yeni ölkələrlə məsləhətləşmələr təşkilatın birləşməsinə və möhkəmlənməsinə töhfə verir. OPEC müəyyən sayda ölkənin üzvlüyünü məqsəd qoymur, neft bazarlarının sabit saxlanmasında özü ilə eyni strateji oriyentasiyaya malik olan ölkələri hədəfləyir.
Məsləhətləşmələrin aparıldığı 4 ölkənin 2017-ci ildən bəri OPEC ilə həmrəy olduğunu söyləyən Geys bütün bu ölkələrin ümumi məqsədinin “neft bazarlarını sabitləşdirmək” olduğuna diqqət çəkib.
OPEC-ə daxil olmayan bəzi istehsalçı ölkələr, o cümlədən Neft İxrac Edən Ölkələr Təşkilatı və Rusiya 2016-cı ildə Əlcəzairdə OPEC+ qrupunu yaradıblar.
OPEC hazırda 13 üzv ölkədən ibarətdir və onların arasında ən böyük hasilatçı sutkada 11 milyon barel hasilat gücü ilə Səudiyyə Ərəbistanıdır.
.
.