BLOQ

Hərbi ekspert yayılan videonun qurama olduğunu bildirir

Ehtiyatda olan polkovnik Akif Qasımov videonun qısa analizini təqdim edib

Hərbi ekspert yayılan videonun qurama olduğunu bildirir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Qafqaz Tarixi Mərkəzinin Türkiyə təmsilçisi, 1-ci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik Akif Qasımov:

    Bu səhnənin qısa analizini sizə təqdim edirəm:

    1. Təqdim olunan hücum edən hərbi qulluqçuların üzündə və hərəkətlərində bir neçə min metrlik bir zirvəni alan ve insanda olacaq fiziki yorgunluq, tövşümək (tez-tez nəfəsalmalar) kimi əlamətlər müşahidə edilmir.

    2. Səhnədə yer alan bütün hərbi geyimli şəxslərin hərbi geyimləri tezədir və geyimlərin üzərində heç bir aşınma, köhnelme, su, palçıq, tər və sair kimi əlamətlər müşahidə edilmir. 

    3. "Atəş açmayın!" əmrindən sonra atəşin açılması Azərbaycan ordusunda belə bir halın olması mümkün deyildir. Azərbaycan əsgərində nizam-intizama, özəlliklə silah, atəş mövzusunda çox ciddilik vardır. Və əmrə itaətsizlik, icazəsiz əməllərin sonucu hərbi prokurorluğa verilmə məsuliyəti ve qorxusu psixologiyası da bu cür özbaşınalıq hallarının olmasını sıfra endirir.

    4. Ən önəmlisi atəş açanların bir nəfərinin "qatarla" (avtomatik), amma diğərlərinin "tək-tək" vəziyyətində atəş açması müşahidə edilməkdədir. Avtomatik atan "Kalaşnikov" silahının lüləsinin ağın hissəsinə gümüşü rəngli bir qurğunun taxılması görünür. Və bu qurğunun adı "Насадки для холостой стрельбы"dır (boş mərmilər atmaq üçün "nasadka"). Bu qurğu ilə avromatdan avtomatik atışı təmin etmək üçün istifadə edilir. Olmayanda ise tək-tək atır. Yəni ehtimal odur ki, istifade edilən patronlar təlim məqsədli və filmlər üçün nəzərdə tutulmuşdur.

    5. Güllələrin "dəydiyi" bədən və yerlər filmllərdə istifadə edilən imitasion vasitələrdən istifadə edilməsi ehtimalını yüksəldir. Tək-tək atış icra edənlərin güllə yeri "cəsədlər" arasında ağ toz tüstünün çıxdığı görünür. 

    6. Avtomatik atış və yerdəki effektlər pirotexniki effektdir və filmlərdə istifadə olunur. 

    7.Yaxın məsafədən kimsə das uzərinə risk edib atəs açmaz - ələlxüsus, xüsusi hazırlıq görmüş əsgər.

    Bu görüntüləri Ermənistan xüsusi orqanlarının təşkil etməsi və dünya ölkələri arasında Azərbaycanın imicinə zərbə kimi hesab edirəm.