BLOQ

"Çətin eniş" nə deməkdir?

BBC-nin təhlilçisi Uill Vernon yazır

"Çətin eniş" nə deməkdir?
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranın dövlət mediası İran Prezidentinin helikopterinin qəzaya uğramasını təsvir etmək üçün “sərt eniş” ifadəsindən istifadə edib.

    Sərt eniş Rusiyadakı səlahiyyətlilər tərəfindən təyyarə qəzası zamanı baş verən hadisələri təsvir etmək üçün tez-tez istifadə olunan bir ifadədir. O, adətən Rusiya Müdafiə Nazirliyi tərəfindən hərbi təyyarələrlə bağlı insidentlər barədə məlumat verərkən istifadə olunur.

    Məsələn, 2022-ci ilin iyununda Rusiyanın Ryazan vilayətində İl-76 hərbi yük təyyarəsi qəzaya uğrayıb, göyərtəsində olan 5 hərbçi həlak olub. Rusiya hərbçiləri əvvəlcə təyyarənin zərbə nəticəsində demək olar ki, tamamilə sıradan çıxmasına baxmayaraq, insidenti sərt eniş kimi qiymətləndiriblər.

    Təhlilçilər deyirlər ki, Rusiya rəsmiləri “qəza” sözünün əsəbilik və ya çaxnaşma yarada biləcəyi qorxusundan qaçırlar. Buna "xəbər dili" deyilir və digər nümunələr arasında partlayışın “şaqqıltı” və bir əsgərin ölümünün “hərbi hissədə naməlum hadisə” adlandırılması daxildir.