Diana Braun və onun Bakıdakı “missiyası”

Casus oyunları haqda “Caliber.az”ın videosüjetində bəhs edilir

  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Yaxın keçmişə, soyuq müharibə dövründə dünyada iki supergüc olan SSRİ və ABŞ-nin qarşı-qarşıya qaldıqları vaxta nəzər salaq. Təsadüfi deyil ki, ölkələrin iki əsas kəşfiyyat xidməti – DTK-nin Birinci Baş İdarəsi və Mərkəzi Kəşfiyyat İdarəsi işə düşəndə gizli qarşıdurmanı qeyd etdik. Həmin illərdə qurumlar fəal şəkildə casus oyunları oynayırdılar. Bəs diplomatik pərdə altında olmayan casus oyunları nədir?”.

    Bu barədə “Caliber.Az”ın videosüjetində bəhs edilir.

    “Soyuq müharibə dövrü artıq tarixə qovuşsa da, aparıcı dövlətlər arasında casusluq fəaliyyəti bu gün də davam edir. O cümlədən, Azərbaycan da onların maraq obyektidir. Ən son və səs-küylü hekayələrdən biri 4 dekabr 2023-cü ildə casusluqda şübhəli bilinən Fransa vətəndaşı Martin Rayanın həbsidir. Azərbaycan tərəfi onun Fransa Xarici Kəşfiyyat Xidməti DGSE-nin Fransanın Bakıdakı səfirliyində işləyən əməkdaşları ilə əlaqədə olduğunu müəyyən edib. Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon ölkəmizin Xarici İşlər Nazirliyinə çağırılıb və ona Fransa diplomatik missiyasının iki əməkdaşının Azərbaycan hökuməti tərəfindən persona-non-qrata elan edilməsi barədə məlumat verilib. Həmin şəxslərə 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri barədə göstəriş verilib və Fransa səfirinə XIN-in müvafiq notası təqdim edilib” – süjetdə deyilir.

    Daha ətraflı “Caliber”in süjetində: