Azərbaycanda illik inflyasiya rəqəmi açıqlandı
Dövlət Statistika Komitəsi məlumat yayıb
Dövlət Statistika Komitəsi: Azərbaycanda illik inflyasiya 1%-dən az olub
Cari ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrünə nisbətən 100,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 99,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə - 102,4%.
Bu ilin aprel ayında istehlak qiymətləri indeksi 2023-cü ilin aprel ayına nisbətən 100 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 98,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 100,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102 faiz təşkil edib.
Apreldə istehlak qiymətləri indeksi mart ayı ilə müqayisədə 99,9% təşkil edib.