XƏBƏRLƏR / İqtisadiyyat

“Fitch Ratings” Azərbaycanın reytinqini açıqlayıb

Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) elan edilib

“Fitch Ratings” Azərbaycanın reytinqini açıqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) sabit proqnozla “BBB-” səviyyəsində təsdiqləyib.

    Azərbaycanın reytinqləri çox güclü xarici balansı, həmyaşıdları arasında ən aşağı dövlət borcunu və suveren fondu olan Dövlət Neft Fondunun böyük aktivləri hesabına maliyyələşmə çevikliyini əks etdirir.

    Fitch 83%-i ARDNF-də, qalan hissəsi isə Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarında olan suveren valyuta aktivlərini 2024-cü ildə 76 milyard ABŞ dolları (gözlənilən ÜDM-in 102%-i) səviyyəsində qiymətləndirir. 2024-cü ildə ÜDM-in 71%-i həcmində qiymətləndirilən Azərbaycanın xalis xarici aktiv mövqeyi “BBB” və “A” kateqoriyalı suveren emitentlər arasında ən yüksəkdir.

    Fitch, maliyyə siyasətinin dayanıqlı suveren xarici aktivlərin saxlanmasına və makroiqtisadi disbalansın yaranmasının qarşısının alınmasına diqqət yetirəcəyini, eyni zamanda neftin qiymətinin dəyişkənliyini idarə etmək üçün adekvat siyasət buferlərinin saxlanmasını gözləyir.