Ölkədə get-gedə ixrac kəskin azalır, idxal isə cüzi artır
Məlumatı Dövlət Gömrük Komitəsi verib
Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatları həyata keçirib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8% azdır.
Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min dollarını ixrac, 5 milyard 464 milyon 773,02 min dollarını idxal təşkil edib. Son bir ildə ixrac 35,1% azalıb, idxal isə 3,1% artıb.
Nəticədə xarici ticarətdə 2 milyard 703 milyon 818,66 min dollarlıq müsbət saldo yaranıb ki, bu da bir il əvvəlkindən 2,7 dəfə azdır.