2024-cü ildə Böyük Qayıdışa 2,35 milyard dollar ayrılacaq
Maliyə naziri Samir Şərifov gələn il üçün dövlət büdcəsini Milli Məclisə təqdim edib
Azərbaycan 2024-cü ilin dövlət büdcəsindən Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün 2,35 milyard dollar ayıracaq - Maliyə naziri Samir Şərifov bunu Milli Məclisin büdcə zərfinin müzakirəsi vaxtı deyib.
Büdcə xərclərinin 10,9 %-i azad edilmiş ərazilərdə quruculuq işlərinə ayrılacaq.
Aqrar sektorda fəaliyyətə və ərzaq təhlükəsizliyinin təmin edilməsinə isə 1 milyard 110 milyon manat vəsait ayrılacaq.
Bu vəsaitlər aşağıdakılara xərclənəcək:
- 507 milyon manat - su ehtiyatlarından səmərəli istifadəyə.
- 100 milyon manat - iqtisadiyyatın və sahibkarlığın inkişafı sektoruna.
- 35 milyon manat - Qarabağda kommunal xərcləri ödəmək üçün.
Diplomatik nümayəndəliklərin xərcləri 7%-dən çox artırılıb, Azərbaycanın maliyyə naziri parlamentin iclasında bildirib.