XƏBƏRLƏR / İqtisadiyyat

"S&P" gələn il üzrə Azərbaycanın iqtisadi proqnozunu verib

Bu barədə reytinq agentliyindən xəbər veririlib

"S&P" gələn il üzrə Azərbaycanın iqtisadi proqnozunu verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi gələn il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb.

    Bu barədə reytinq agentliyindən xəbər veririlib.

    Belə ki, S&P 2025-ci ildə Azərbaycanın ÜDM-ni real artımını yenidən 2% müəyyən etdiyi halda, 2026-cı il üzrə gözləntilərini 1,5%-dən 2%-ə yüksəldib.

    Reytinq agentliyi qeyd edib ki, 2024-cü ildə Qafqaz və Mərkəzi Asiya regionunda faktiki ÜDM artımı agentliyin proqnozlarını üstələyib. 2025-ci ildə ÜDM artımı ilə bağlı gözləntilər yüksək olsa da, 2024-cü ilə nisbətən daha az olacaq.

    “Neft istehsalçıları olan Qazaxıstan və Azərbaycan son dövrlərdəki neft qiyməti dinamikasından faydalansa da, neft hasilatının azalması ilə üzləşirlər. Müsbət cəhət odur ki, bu ölkələrdə neftdən kənar sahələrdəki iqtisadi artım neft və qaz sektorundakı artımı üstələyir. Ermənistanda və Gürcüstanda iqtisadi artımın yavaşlaması isə Rusiyadan miqrant və kapital axınının azalması ilə bağlıdır”- S&P-nin şərhində bildirilib.