
2024-cü il ərzində Azərbaycanda 1 milyon 196.8 min ton çörək istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, çörək istehsalı əvvəlki illə müqayisədə 1044 ton artıb. Belə ki, 2023-cü ildə ölkədə 1 milyon 195.8 ton çörək istehsal edilmişdi.
Qeyd edək ki, ötən il unlu qənnadı məmulatların istehsalı əvvəlki illə müqayisədə 7.6% artaraq 72 min 752 ton təşkil edib.