Sənaye partlayıcı maddələrin istehsalı zavodu işə düşdü
Müəssisə Gəncədə “AzerBlast” şirkəti tərəfindən tikilib
Azərbaycanda sənaye partlayıcı maddələrin istehsalı üzrə ilk zavod sınaq rejimində işə salınıb.
Müəssisə Gəncədə “AzerBlast” şirkəti (AzerGold QSC-nin törəmə müəssisəsi) tərəfindən tikilib.
İlkin mərhələdə ildə 14 min ton ANFO və H-ANFO partlayıcı istehsal olunacaq, sonra illik həcmin 31,5 min tona çatdırılması planlaşdırılır.