Qeyri-neft-qaz sektorunda məhsul ixracı 11 faizdən çox artıb
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib
Dünya bazarında neftin və qazın qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq, xarici ticarət balansında böyükhəcmli profisit müşahidə olunmaqdadır. Cari ilin 10 ayında 29 milyard ABŞ dollarını ötmüş ixrac ticarət balansının profisiti 15 milyard dollar təşkil edib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında deyib.
Nazir bildirib ki, qeyri-neft-qaz sektorunda məhsul ixracı isə 11 faizdən çox artaraq 2,7 milyard ABŞ dollarını ötüb. Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla, qeyri-neft sənaye məhsullarının qeyri-neft qaz ixracında payı 68 faizə çatmaqdadır. Cari ilin doqquz ayında qeyri-neft-qaz sənaye məhsullarının ixracında sənaye zonalarının payı 23 faizə çatıb.