XƏBƏRLƏR / Rəsmi

Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb

Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanda Məhkəmə Ekspertizası Şurasının yaradılıb.

    Bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncamda məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurasının yaradılması qeyd olunub.

    Şuranın sədri

    Azərbaycan Respublikasının ədliyyə naziri

    Şuranın üzvləri:

    Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

    Azərbaycan Respublikası müdafiə nazirinin müavini

    Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini

    Azərbaycan Respublikası Baş prokurorunun müavini

    Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin müavini.