Azərbaycanda mülki aviasiya təyyarələri istehsal ediləcək
"Global Force Technology" həm təyyarə mühərrikləri, həm də kiçik mülki təyyarələr istehsal edəcək
Azərbaycanda mülki aviasiya təyyarələrinin istehsalına başlanılıb.
"Global Force Technology" (Bakı, Azərbaycan) nümayəndələrinin bildirdiyinə görə, şirkət Azərbaycan Respublikası ərazisində təyyarə mühərrikləri və kiçik mülki təyyarələrin istehsalının yaradılması layihəsini hazırlayıb.
Layihənin məqsədi dünyanın ən yaxşı istehsalçıları ilə əməkdaşlıq edərək ən son sənaye texnologiyalarından istifadə edərək istehsal qurmaqdır.
"Global Force Technology" şirkəti iki ildir bu layihəni hazırlayır və bu müddət ərzində beynəlxalq tərəfdaşlarla bir sıra müqavilələr bağlanıb.
“Global Force Technology” şirkəti 2020-ci ildə Azərbaycanda qeydiyyatdan keçib. Şirkətin əsas fəaliyyəti təyyarə avadanlıqlarına xidmət göstərmək, həmçinin komponentlər və ehtiyat hissələri ilə təmin etməkdir.