Cari ilin yanvar-avqust aylarında Azərbaycanda 4,4 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,8% azalma deməkdir.
Energetika Nazirliyinin verdiyi xəbərə görə, ötən ilin müvafiq dövründə ölkədə 4,2 mln. ton neft emal edilib.
Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri davam edir.