XƏBƏRLƏR / Neft və Qaz

Azərbaycanda neft hasılatı azalır, qaz isə artır

Dövlət Statistika Komitəsi xəbər verir

Azərbaycanda neft hasılatı azalır, qaz isə artır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda qaz kondensatı ilə neft hasilatı 4 milyon 772,5 min ton təşkil edib ki, bu da 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 6,7% azdır, Dövlət Statistika Komitəsindən bildirilib.

    O cümlədən kondensatla əmtəəlik neft hasilatı 4 milyon 762 min ton (azalma 6,7%) təşkil edib.

    2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda qaz hasilatı 8 milyard 245,7 milyon kubmetr (artım 3 faiz) təşkil edib. Bununla yanaşı, əmtəəlik qaz hasilatı 6 milyard 305,6 milyon kubmetr (artım 4 faiz) təşkil edib.

    Dövlət Statistika Komitəsinin məlumatına görə, fevralda Azərbaycanda 2,3 milyon ton neft (2023-cü ilin fevral ayı ilə müqayisədə 4,2% azalma ) və 3 milyard kubmetr qaz (2023-cü ilin fevral ayı səviyyəsində) hasil edilib.

    2023-cü ildə Azərbaycanda neft və qaz kondensatı hasilatı 30 milyon 189,6 min ton (azalma 7,5 faiz), qaz hasilatı 48 milyard 496,7 milyon kubmetr (artım 3,8 faiz) təşkil edib. Eyni zamanda, əmtəəlik qaz hasilatı 36 milyard 413,8 milyon kubmetr (artım 4,2%) təşkil edib.

    Azərbaycan hökuməti 2024-cü ildə ölkədə neft və kondensat hasilatını 29 milyon 492,3 min ton, qaz hasilatını 49 milyard 63,6 milyon kubmetr, o cümlədən əmtəəlik qazı 36 milyard 779,6 milyon kubmetr səviyyəsində proqnozlaşdırır.