XƏBƏRLƏR / Seçki

Azərbaycanda Prezident seçkiləri gedir

Seçkidə 7 namizəd mübarizə aparır

Azərbaycanda Prezident seçkiləri gedir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gün Azərbaycanda Prezident seçkilərində səsvermə başlayıb.

    Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

    MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və onun nəticələri barədə saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.

    Qeyd edək ki, fevralın 7-də Azərbaycanda Prezident seçkiləri keçirilir. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparır.

    Xatırladaq ki, hazırda seçici siyahılarında 6 milyon 478 min 623 seçici var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verirlər. Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb.

    Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.