XƏBƏRLƏR / Sağlamlıq

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılacaq

Səhiyyə Nazirliyi xəbər verir ki, peyvəndlənmə oktyabrın 8-dən başlanacaq

Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ölkədə oktyabrın 8-dən qrip əleyhinə vaksinasiyaya başlanılacaq

    Səhiyyə Nazirliyi payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma riskinə qarşı vaksinlər gətirib.

    Ölkəyə gətirilən qrip əleyhinə "Sanofi Pasteur" Fransa şirkətinin istehsalı olan vaksin tam təhlükəsiz və yüksək keyfiyyətlidir.

    Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, oktyabrın 8-dən etibarən vaksinasiyaya başlanılacaq.