XƏBƏRLƏR / Hava

Azərbaycanın bəzi rayonlarında yollar dumanlı olacaq

Milli Hidrometeorologiya Xidməti məlumat verir

Azərbaycanın bəzi rayonlarında yollar dumanlı olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 4-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimal olunur.