XƏBƏRLƏR / Hava

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

Milli Hidrometeorologiya Xidmətinin məlumatı

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İyulun 20-21-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Gədəbəy, Daşkəsən, Gəncə, Tovuz, Ağstafa, Şəmkir, Balakən, Zaqatala, Qax, Şəki, Qobustan, Neftçala, Salyan, Hacıqabul və Cəlilabadda şərq küləyi arabir 13.9-20.7 metr/saniyə təşkil edəcək.