XƏBƏRLƏR / İdman

Azərbaycanın cüdo yığması İslamiadanın çempionu olub

Yığmamız qarışıq komanda yarışının finalında Özbəkistan komandasına qalib gəlib

Azərbaycanın cüdo yığması İslamiadanın çempionu olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində cüdo yarışları davam edir.

    Cüdo yığmamız qarışıq komanda yarışının finalında Özbəkistanla üz-üzə gəlib.

    Yığma komandamız rəqibini 4:0 hesabı ilə məğlub edərək qızıl medalların sahibi olub.

    Qeyd edək ki, komandada ölkəmizi Fidan Əlizadə, Hidayət Heydərov, Ruslan Paşayev, Aytac Qardaşxanlı, Elcan Hacıyev, Günel Həsənli və Uşanqi Kokauri təmsil edib.