XƏBƏRLƏR / Maliyyə

Azərbaycanın dövlət borcu açıqlanıb

Bu barədə Maliyyə Nazirliyi xəbər verir

Azərbaycanın dövlət borcu açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 365,1 milyon manat olub ki, bu da ümumi daxili məhsulun (ÜDM)n 19,5 %-ni təşkil edib.

    Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

    Məlumata görə, borcun 17 milyard 46,8 milyon manatı daxili, 4 milyard 893,1 milyon ABŞ dolları və yaxud 8 milyard 318,3 milyon manatı isə xarici borc olub.