XƏBƏRLƏR / Maliyyə

Azərbaycanın dövlət borcu nə qədərdir?

Bu 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda açıqlanıb

Azərbaycanın dövlət borcu nə qədərdir?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2024-cü il 1 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26850,4 milyon manat olub.

    Bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.

    Bu, 2023-cü il üzrə faktiki ÜDM-in (123005,5 milyon manat) 21,8 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 40,9 faizi xarici dövlət borcunun, 59,1 faizi isə daxili dövlət borcunun payına düşür (Qrafik 26) (“Aqrarkredit” QSC-nin daxili dövlət borcuna aid edilmiş 9351,0 milyon manat məbləğində öhdəlikləri nəzərə alınmadan, dövlət borcunun 62,8 faizi xarici dövlət borcunun, 37,2 faizi isə daxili dövlət borcunun payına düşüb.