XƏBƏRLƏR / Maliyyə

Mərkəzi Bank uçot dərəcəsini yenə sabit saxlayıb

Bu barədə AMB xəbər yayıb

Mərkəzi Bank uçot dərəcəsini yenə sabit saxlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,25 faiz, faiz dəhlizinin aşağı həddi 6,25 faiz, faiz dəhlizinin yuxarı həddi isə 8,25 faiz səviyyəsində dəyişməz saxlanılıb.

    AMB-dən bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2 faiz) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub.