XƏBƏRLƏR / Hərbi

Azərbaycanın hərbi texnikası Türkiyədə nümayiş etdirilib

Qars şəhərində keçirilən 2023 Qış Təlimləri çərçivəsində Azərbaycan ordusu öz imkanlarını göstərib FOTO

Azərbaycanın hərbi texnikası Türkiyədə nümayiş etdirilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin Qars şəhərində keçirilən 2023 Qış Təlimləri çərçivəsində Azərbaycan ordusunun silah və hərbi texnikası təqdim edilib.

    Təlimlərdə axtarış-xilasetmə əməliyyatlarının hazırlanması, birgə əməliyyatlarda koordinasiya, bölmələrin döyüş qabiliyyətinin, manevr qabiliyyətinin yoxlanılması və digər tədbirlər həyata keçirilib.

    Təlimdə 17 ölkədən 1758 hərbi qulluqçu, o cümlədən 651 texnika və 28 müxtəlif təyinatlı 865 silah iştirak edir. Təlimlər -17 dərəcə hava istiliyində keçirilir.