XƏBƏRLƏR / Hərbi

Rus hərbçiləri Ermənistan-Azərbaycan sərhədini tərk edir

Bu barədə erməni KİV-i məlumat yayıb

Rus hərbçiləri Ermənistan-Azərbaycan sərhədini tərk edir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiya hərbçiləri (Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri) Ermənistanın Azərbaycanla sərhədindəki dayaq məntəqələrini bu gündən tərk etməyə başlayıb.

    Bu barədə erməni KİV-i məlumat yayıb.

    Məlumata görə, Rusiya hərbçiləri bu gündən etibarən Ermənistanın Azərbaycanla həmsərhəd olan Syünik, Vayots Dzor, Geqarqunik, Ararat və Tavuş vilayətlərindəki dayaq məntəqələrini tərk etməyə başlayıb.

    Qeyd edək ki, Rusiya sərhədçiləri 44 günlük müharibədən sonra, 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşıblar.

    Xatırladaq ki, bir neçə gün öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılması iki ölkə liderlərinin Moskvada keçirilən görüşündə razılaşdırılıb.