Azərbaycanın İsraildəki səfiri bu gün Tel-Əvivə gəlib
Bu barədə öz Twitter hesabında İsrail XİN-nin Mərkəzi Asiya və Qafqaz şöbəsinin rəisi Mişa Herşkovits yazıb
Azərbaycanın İsraildə ilk səfiri Muxtar Məmmədov bu gün səhər Tel-Əvivə gəlib. Bu barədə öz Twitter hesabında səfiri qarşılayan İsrail XİN-nin Mərkəzi Asiya və Qafqaz şöbəsinin rəisi Mişa Herşkovits yazıb: "Bu gün səhər tarixi anlar yaşadıq. Mən məmnuniyyətlə Azərbaycanın ilk səfirinə İsrailə gəlməsi ilə əlaqədar xoş gəldin deyirəm".
Muxtar Məmmədov isə öz növbəsində Twitter hesabında "Şalom, İsrail!" yazıb.
Səfirimizin yerləşdiyi otelin lobbisində hörmət əlaməti olaraq Azərbaycanın bayrağı yerləşdirilib (AzFront).
Bu həftə Muxtar Məmmədov etimadnaməsini İsrail Xarici İşlər Nazirliyinə, martın 9-da isə prezident Yitzhak Herzoqa təqdim edəcək. Həmin andan Məmmədov rəsmən Azərbaycanın səfiri kimi öz vəzifələrini icra etməyə başlayacaq.