XƏBƏRLƏR / İqtisadiyyat

Azərbaycanın real iqtisadi artım proqnozu açıqlanıb

Bu barədə "Fitch Solutions” şirkətinin ölkə üzrə hesabatında bildirilib

Azərbaycanın real iqtisadi artım proqnozu açıqlanıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Fitch Solutions” 2024-cü il üzrə Azərbaycanın real iqtisadi artım proqnozunu 2,5%-dən 3,1%-ə qədər yaxşılaşdırıb.

    Bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.

    FS qeyd edib ki, buna səbəb Azərbaycanda real ümumdaxili məhsulun (ÜDM) bu ilin ilk səkkiz ayında gözləniləndən daha yüksək artımı olub: “Biz bu ilin səkkiz ayı üzrə Azərbaycanda iqtisadi artımın 2,7-3,4% arasında olacağını təxmin edirdik. 11 sentyabrda açıqlanan məlumatlar göstərdi ki, Azərbaycan iqtisadiyyatı 2024-cü ilin yanvar-avqust aylarında illik 4,3% artıb.

    Bu dövr ərzində qeyri-neft iqtisadiyyatı əhəmiyyətli dərəcədə - yəni 7% artıb, karbohidrogen sektorunda isə bu göstərici cəmi 0,2% olub.

    Qeyri-neft ixracatı 2024-cü ilin ilk səkkiz ayı ərzində 2,2 milyard ABŞ dollarına yüksəlib. Qeyri-neft iqtisadiyyatı 2023-cü ildə olduğu kimi, 2024-cü ildə də başlıca ÜDM artımına daha böyük töhfə verəcək.

    Biz 2024-cü ilin əvvəlində artımın yavaşıyacağını gözləyirdik, buna görə əvvəlki, daha aşağı, bütün il üçün proqnozumuz 2,5% idi. İndi isə 2024-cü ildə iqtisadiyyatın 3,1% artacağını gözləyirik. Bizim yenilənmiş proqnozumuz BVF-ni, (2024-cü il üçün artım proqnozu 2,4%) və Dünya Bankını (2,3% artım proqnozu) üstələyir”.

    "Fitch Solutions” bununla belə, 2025-ci il üzrə iqtisadi artım proqnozunu 2,8%-dən 2,6%-ə endirib. FS bunu əsasən 2025-ci ildə neftin orta qiymətinin nisbətən aşağı proqnozlaşdırılması ilə izah edib.