XƏBƏRLƏR / İqtisadiyyat

Mərkəzi Bank illik inflyasiyanı açıqlayıb

Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub

Mərkəzi Bank illik inflyasiyanı açıqlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin yanvar ayında 12 aylıq inflyasiya 5,4 faiz olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5 faiz, qeyri-ərzaq malları üzrə 2,6 faiz, xidmətlər üzrə 8,4 faiz təşkil edib. İllik baza inflyasiya isə 4,3 faiz olub.

    Azərbaycan Mərkəzi Bankından bildirilib ki, son aylarda inflyasiyaya təsir edən xarici amillərdə ümumilikdə sabitlik müşahidə olunub.