Azərbaycanın sabiq baş naziri vəfat etdi
Mərhumun cənazəsi "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb
Azərbaycanın sabiq baş naziri Rəhim Hüseynov vəfat edib.
O, 87 yaşında dünyasını dəyişib.
Mərhumun cənazəsi "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, 87 yaşlı R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.
O, 1989-1992-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.