XƏBƏRLƏR / İctimaiyyət

"Qarabağ"ın oyunu ilə əlaqədar metroda iş saatı uzadılacaq

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib

"Qarabağ"ın oyunu ilə əlaqədar metroda iş saatı uzadılacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yanvarın 21-də "Qarabağ" FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar Bakı Metropolitenində iş saatı uzadılacaq.

    Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

    Məlumata əsasən, azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, bütün stansiyalar yanvarın 22-nə keçən gecə saat 01:00-a qədər açıq olacaq, "Gənclik", "28 May" və "Nərimanov" stansiyalarında xüsusi nəzarət təmin ediləcək.