Azərbaycanın strateji valyuta ehtiyatları artıb
Bunu AMB sədri Taleh Kazımov bildirib
İyulda Azərbaycanın strateji valyuta ehtiyatları 65,9 milyard dollara çatıb. Bunu AMB sədri Taleh Kazımov Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinin müəyyənləşdirilməsi ilə bağlı keçirilən mətbuat konfransında jurnalistlərə deyib.
O qeyd edib ki, son bir ildə strateji valyuta ehtiyatları 12,7% artıb.