XƏBƏRLƏR / Nəqliyyat

Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası razılaşdırılıb

Bunu Yerasx-Culfa-Meğri-Horadiz dəmir yolunun tikinttisi haqda Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib

Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası razılaşdırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Azərbaycanla dəmir yolu əlaqəsinin bərpası məsələsində yekun konsensusun əldə olunduğu barədə fikir bildirib.


    “Yerasx-Culfa-Meğri-Horadiz  hissəsi ilə dəmir yolu əlaqəsinin bərpası baxımından hesab edirəm ki, yekun konsensus var”, - Qriqoryan çərşənbə günü jurnalistlərə deyib.

    Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında mühüm konsensus var ki, regionda nəqliyyat kommunikasiyalarının bloklanması Yerasx-Culfa-Meğri-Horadiz dəmir yolunun yenidən işə salınması ilə başlayacaq.

    Mher Qriqoryan həm də bəyan edib ki, azərbaycanlı həmkarı Şahin Mustafayeva Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın iclasının keçirilməsi təklifinə müsbət reaksiya verib.