BLOQ

Azərbaycan ilə Türkiyənin fərqi

Bir neçə günlük müşahidəmə əsaslanıram

Azərbaycan ilə Türkiyənin fərqi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycanla Türkiyənin dörd böyük fərqi var:

    1. Azərbaycanda hər şey dadlı, ləzzətlidir. Hətta xörək duzu da. İnanırsın;z, qayıdanda xörək duzu alıb aparacağam. Türkiyədə mənə görə tək dadlı və keyfiyyətli şey qəhvədir. Hər növü.

    2. Bizim insanımız mərifətlidir, qanacaqlıdır. Qarşısındakı adama maksimum hörmətlidir!
    Türkiyədə avtobusda ayaqda ölsən də sənə qalxıb yer verməzlər.

    3. Dövlət xəstəxanaları, sosial xidmətlər Türkiyədə daha sistematik, operativ, nəticəyə yönəlikdir. Dərmanlar ən yüksək keyfiyyətdədir. Güclü dövlət yoxlaması var.
    Azərbaycanda dərmanlar effekt vermir.

    4. Türkiyədə həyat kritik həddə bahalıdır.
    Azərbaycanda ən yaxşı restoranda 80 manata padşah kimi yeyib-içə bilərsən.

    Antalya ilə Bakının bəzi fərqləri:

    1. Bakıda idmana həvəs və heyvanlara sevgi yoxdur.
    Antalyada hamı idman eləyir, bədən quruluşu atletikdir, geyim idman tərzidir.
    Bakıda əksəriyyət kökdür. Hamı eyni stildə geyinir. Qadınların saçı "ukladka"dan cansızlaşıb. Təbiilık azdır.
    Küçə heyvanları ac-yalavac, arıq, bədbəxtdirlər. Avtomobil yollarında tez-tez pişik, köpək ölüsü olur.
    Antalya küçə heyvanları üçün cənnətdir. Tox, sakit, hər an qayğı içindədirlər və bunu insanlar öz istəyi ilə edir. Hətta heyvan təcili yardım maşınları var.

    2. Bakı camaatı qanacaqlıdır, əli, ürəyi açıqdır. Antalyalılar özlərini dünyanın mərkəzi hesab edirlər, komplekslidirlər.

    3. Siz bəyənməsəniz də, Bakıda adam kimi maşın sürurlər, piyadaya yol verilir. Tıxaclarda burun buruna keçirlər, bir maşın cızılmır.
    Antalyada piyada keçidində piyadanın düz təpəsinə dırmaşırlar. "Povorotnik"leri çox vaxt yandırmırlar, hər an qəza vəziyyətidir.

    4. Antalyanın havası çox təmizdir. Şəhər yaşıllıq içindədir. Zibillik problemi yoxdur. Küçələr, zibil qutuları yuyulur, ayaqqabı kirlənmir.
    Bakı tozludur, zibillik problemi tam bir fiaskodur.