XƏBƏRLƏR / Həyat Tərzi

Azərbaycanlı kulinarlar Antalyada mükafatlar qazanıblar

Türkiyənin Antalya şəhərində “GastroAntalya 2024” beynəlxalq kulinariya çempionatı keçirilir FOTO

Azərbaycanlı kulinarlar Antalyada mükafatlar qazanıblar
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanlı kulinariya mütəxəssisləri Antalyada keçirilən beynəlxalq çempionatda əsas mükafatları qazanıblar

    Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türkiyənin Antalya şəhərində keçirilən “GastroAntalya 2024” beynəlxalq çempionatında iştirak edib.

    Azərbaycanın gənclər komandası ən yüksək nəticə göstərərək gənclər komandaları arasında Qızıl Kubokun (1-ci yer) və böyüklər komandaları arasında Gümüş Kubokun (2-ci yer) qalibi olub. Bu barədə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası məlumat yayıb.