XƏBƏRLƏR / Həyat Tərzi

Əfqan uşaq təyyarənin şassi bölməsində Yeni Dehliyə uçub

"Indian Express" yazır

Əfqan uşaq təyyarənin şassi bölməsində Yeni Dehliyə uçub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Indian Express" qəzetinin yazdığına görə, adı açıqlanmayan əfqan uşaq gizlicə Kabil hava limanına girərək sərnişinlərə qarışıb.

    Uşaq hiss olunmadan "Kam Air"in RQ-4401 reysinin eniş qurğusunun yuvasına daxil olub və təyyarənin arxa təkərinin quyusunda gizlənib.

    13 yaşlı oğlan Nyu-Dehli Beynəlxalq Hava Limanına çatıb.

    Təyyarə eniş etdikdən sonra uşaq eniş zolağında təkbaşına sərgərdan vəziyyətdə tapılıb. O, yerli təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılaraq sorğu-sual edilib. Dindirmə zamanı uşaq "maraqdan hərəkət etdiyini" bildirib və mindiyi sərnişin təyyarəsinin arxa şassəsi yuvasında gizləndiyini deyib.

    Əfqanıstanın şimalındakı Kunduzdan olduğu müəyyən edilən uşaq, əvvəlcə İranın paytaxtı Tehrana səyahət etmək niyyətində olduğunu və uçduğu təyyarənin Yeni Dehliyə getdiyini bilmədiyini izah edib.

    Hindistanın Mərkəzi Sənaye Təhlükəsizliyi Qüvvələrindən (CISF) verilən açıqlamaya görə, uşaq sorğu-sualdan sonra gəldiyi eyni təyyarə ilə Kabilə qaytarılıb.