XƏBƏRLƏR / Həyat Tərzi

Beşinci Dəvə Festivalı

Festival Səudiyyə Ərəbistanı Vəliəhdinin şərəfinə keçirilir

Beşinci Dəvə Festivalı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Səudiyyə Ərəbistanı Vəliəhdinin şərəfinə Beşinci Dəvə Festivalı avqustun 1-də "Taif" dəvə meydanında başlayacaq.

    Bu il yarışlarda 589 iştirakçı iştirak edəcək və ümumi mükafat fondu 15 milyon dollar olacaq.

    Festival bütün yaş qrupları üçün 11 günlük ilkin mərhələ ilə başlayacaq.

    Avqustun 28-də isə final yarışları ilə yekunlaşacaq.

    Qeyd edək ki, 2018-ci ildə yarandığı gündən festival dünyanın hər yerindən çoxlu sayda dəvə həvəskarlarını cəlb edib.

    Tədbirin məqsədi dəvə yarışı irsini təbliğ etmək, həmçinin turizmə və Krallığın iqtisadi inkişafına dəstək olmaqdır.